Bu il Masallıdan 321 nəfər ali məktəblərə qəbul olunub

Bu il Masallıdan 321 nəfər ali məktəblərə qəbul olunub
# 31 avqust 2015 22:42 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tələbə adını qazanmış gəncləri, onların müəllim və valideynləri əlamətdar hadisə münasibətilə təbrik edib.

Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 1770 məzundan 321 nəfərinin ali məktəblərə qəbul olunduğunu bildirən icra başçısı onlardan 21 nəfərinin 600, 64 nəfərinin 500-dən yuxarı, 3 məzunun isə 690 bal topladığını diqqətə çatdırıb.

Qeyd olunub ki, ali məktəblərə qəbul imtahanları zamanı Masallı şəhər 1 nömrəli tam orta məktəbini bitirən 49 məzundan 3 nəfəri 600, 8 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Ali məktəblərə daxil olan məzunların arasında qızların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.

Toplantıda çıxış edən tələbələr rayonun adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını biliriblər.

Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara fəxri fərmanlar və pul mükafatları verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR