Müsavatın MNTK sədri: “Vurğun Əyyubun Müsavata bərpası ilə bağlı qərar ləğv ediləcək”

Müsavatın MNTK sədri: “Vurğun Əyyubun Müsavata bərpası ilə bağlı qərar ləğv ediləcək”
# 21 may 2015 11:25 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Vurğun Əyyubun Müsavat Partiyası üzvlüyünə bərpası ilə bağlı qərar araşdırılacaq və ləğv olunacaq”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova deyib. O bildirib ki, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının mayın 19-da keçirilən Şura iclasında Nizamnamə pozuntusuna yol verilib: “Orada özbaşınalıq baş verib. Şura iclası rayon təşkilatının sədrindən xəbərsiz çağırılıb. Nizamnaməyə görə, Şura ancaq rayon təşkilatının sədri tərəfindən çağırıla bilər və yaxud da növbədənkənar Şuranı üzvlərin 3/1-i çağırıla bilər. Yəni, göründüyü kimi orada Nizamnamə pozuntusu baş verib. Belə olan halda təbii ki, Şuranın qərarına bir daha baxılacaq və ləğv ediləcək”.

Xatırladaq ki, mayın 19-da Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şura iclası keçirilib. İclasda təşkilatın özəyinin Vurğun Əyyubun partiyadan çıxarılması ilə bağlı qərarı ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR