Azərbaycan Dünya Turizm Təşkilatının Türkiyədə keçirilən iclasında iştirak edib

Azərbaycan Dünya Turizm Təşkilatının Türkiyədə keçirilən iclasında iştirak edib
# 28 mart 2013 15:25 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Dünya Turizm Təşkilatının (DTT) Türkiyənin İzmir şəhərində keçirilmiş 55-ci iclasında və "Ümumdünya irs obyektlərində turizm: problemlər və imkanlar" mövzusunda baş tutan seminarında Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda mədəni irsin əlaqələndirilməsi mövzusunda çıxış edən N.Səmədov ölkənin mədəni irsinin və turizm imkanlarının inkişafı haqqında məlumat verib.

Azərbaycanla DTT arasında gələcək əməkdaşlığın genişləndirilməsi, bir neçə layihənin həyata keçirilməsi ilə bağlı Nazim Səmədov və təşkilatın baş katibi Taleb Rifai arasında görüş keçirilib.

Xatırladaq ki, bu il aprelin 22-23-də Bakıda DTT-nin "İpək Yolu" layihəsinin işçi qrupunun iclası, iyunun 10-12-də isə MDB-yə üzv ölkələri və Gürcüstan üçün turizmin statistikası üzrə seminarın keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR