Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 8 Noyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 8 Noyabr - <span style="color: red;">VİDEO
# 08 noyabr 2014 17:05 (UTC +04:00)

Bakı-APA. Bölgədə düşməni dost, dostu düşmən edən İŞİD... Orta Şərqin "qara yarası"na çevrilən bu təşkilat regionun xəritəsini dəyişmək niyyətindədir. Məchul sayılan güclərdən dəstək alan terrorçular yeni dövlət yaratmaq iddiasındadırlar. İlk başda bu planlarını həyata keçirməyə çalışan İŞİD olduqca fəal idi. İraqda şəhərlərə edilən hücumlar, hətta bir neçə saat içində böyük ərazilərin nəzarətə götürülməsi İŞİD-in bir güc kimi tanınmasında reklam xarakteri daşıdı. Onların ağılagəlməz üsullarla törətdikləri qətllər isə insanlarda xof yaratmağa hesablanmışdı. Beynəlxalq birliyin proseslərə bir müddət səssiz qalması barədə danışmaq istəmirəm. Mən, yozumun əvvəlində dediyim dost-düşman məsələsinə qayıdıram. İŞİD bölgədə yalnız Suriya və İraq üçün təhlükə sayılmır. Terrorçular bölgədə maraqları olan dövlətlər və qruplaşmalar üçün də arzuolunmazdır. Hətta biri-birini düşmən elan edən ABŞ və "Hizbullah" üçün...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR