Macarıstan XİN: Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq sənədinin imzalanması üzərində işləyirik

Macarıstan XİN: Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq sənədinin imzalanması üzərində işləyirik
# 28 iyun 2016 12:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Macarıstan Azərbaycanı strateji tərəfdaş hesab edir və bu tərəfdaşlıq yalnız iki ölkənin deyil, həmçinin Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərinə də təsir edir".

"APA-Economics" xəbər verir ki, bunu açıqlamasında Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Piter Siyarto bildirib.

Onun sözlərinə görə, Macarıstan Azərbaycanın Aİ-nin qaz təminatındakı rolu yüksək qiymətləndirir: "Bu səbəbdən iqtisadi əlaqələrin daha da intensivləşdirilməsi üçün Macarıstan tərəfi Avropa Birliyi və Azərbaycan arasında strateji tərəfdaşlıq sənədinin tez bir zamanda imzalanması üzərində işləyir. Biz həmçinin Azərbaycanla Aİ ölkələri arasında viza rejiminin liberallaşdırılmasına çalışırıq".

O əlavə edib ki, Macarıstanın iqtisadi siyasətində Azərbaycanla ikitərəfli əməkdaşlıq əlaqələri aparıcı yer tutur. "İkitərəfli münasibətlərimizdə energetika, əczaçılıq, nəqliyyat və kənd təsərrüfatı sahələri önəmli rola malikdir", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR