İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 29 sentyabr 2014 07:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 180.2.1 maddəsinə əsasən həbs edilmiş şəxs Elbrus Gülbala oğlu Cavadova tanışı Rauf Akif oğlu Kazımovun gətirdiyi sovqata baxış keçirilib.

Bu zaman “OZMO” kətəsinin içərisində sellofan paketlərə bükülərək gizlədilmiş xalis çəkisi 3,761 qram olan tiryək, xalis çəkisi 0,840 qram olan heroin və xalis çəkisi 0,73 qram olan həşiş qətranı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR