Rusiya Türkiyə ilə hava nəqliyyatının bərpasına başlayıb

Rusiya Türkiyə ilə hava nəqliyyatının bərpasına başlayıb
# 30 iyun 2016 16:02 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiyanın Nəqliyyat Nazirliyi Türkiyə ilə çarter uçuşların bərpası istiqamətində hökumətin tapşırığının icrasına başlayıb.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilir.

"Hökumətin tapşırığına əsasən qüvvədə olan məhdudiyyətlərin aradan qaldırılması üçün tərəfimizdən müvafiq təkliflər hazırlanır. Bundan başqa, çarter reyslərin bərpası üçün biz rusiyalı turistlərin tam təhlükəsizliyinin təmin olunması Türkiyə tərəfinin zəmanətini almalıyıq", - deyə bəyanatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR