Çin HHQ-nin komandanı: "ABŞ-ın Cənubi Çin dənizindəki əməliyyatları təxribatdır"

Çin HHQ-nin komandanı: "ABŞ-ın Cənubi Çin dənizindəki əməliyyatları təxribatdır"
# 30 oktyabr 2015 08:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Çinin hərbi-dəniz qüvvələrinin komandanı U Şenli ABŞ-ın Cənubi Çin dənizindəki əməliyyatlarını təxribat adlandırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o bildirib ki, orada əhəmiyyətsiz bir insident müharibəyə yol aça bilər.

Bir müddət öncə isə Çin Xarici İşlər Nazirliyi ABŞ-a məxsus “Lassen” gəmisinin icazəsiz Cənubi Çin dənizi akvatoriyasına daxil olmasını Çinin suverenliyinin pozulması kimi dəyərləndirib.

Öz növbəsində Pentaqon Cənubi Çin dənizindəki əməliyyatların gələcəkdə də davam edəcəyini istisna etməyib. ABŞ tərəfi bəyan edib ki, beynəlxalq hüquqa uyğun hesab etdiyi müddətdə ərazidə patrul xidmətini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR