İmişli sakinin həyətindən xeyli miqdarda narkotik vasitə götürülüb.

İmişli sakinin həyətindən xeyli miqdarda narkotik vasitə götürülüb.
# 29 sentyabr 2015 10:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İmişli sakinin həyətindən xeyli miqdarda narkotik vasitə götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İmişli rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Murğuzallı kənd sakini, əvvəllər məhkum olunmuş Əlifağa Rəşova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 118 kiloqram olan 63 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR