Vilnyus Universitetində Azərbaycan multikulturalizminə aid mühazirə oxunub - FOTO

Vilnyus Universitetində Azərbaycan multikulturalizminə aid mühazirə oxunub - <span style="color: red;">FOTO
# 15 aprel 2015 13:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Professor Rafael Həsənov Litvanın Vilnyus Univerisitetinin Filologiya fakültəsində “Azərbaycanda multikonfesionalizm və multikulturalizm” mövzusunda mühazirə oxuyub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən APA-ya verilən məlumata görə, Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənnini tədris edən R. Həsənov Litva Təhsil Universitetinin Beynəlxalq Münasibətlər departamentinin müdiri, Vilnyus Universitetinin dosenti doktor Loreta Çodzkiene tərəfindən dəvət olunub.

Mühazirənin əvvəlində Azərbaycan haqqında tanıdıcı film nümayiş etdirilib. Filmi izlədikdən sonra iştirakçılar mühazirəni dinləyib.

Mühazirədə Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənni üzrə təhsil alan tələbələrlə yanaşı, Vilnyus Universitetində təhsil alan İtaliyadan, Cənubi Koreyadan, İspaniyadan və digər ölkələrdən olan tələbələr və universitetin müəllim heyəti də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR