Mübariz Qurbanlı Fransa Yəhudi icmasının nümayəndələri ilə görüşüb

Mübariz Qurbanlı Fransa Yəhudi icmasının nümayəndələri ilə görüşüb
# 08 iyul 2016 15:51 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransa Yəhudi icmasının nümayəndələrini və Fransada fəaliyyət göstərən Valiske Assosasiyasının rəhbəri Andre Kosmicki, Sorbon Universitetinin professoru Arianne Bendavidi, Fransa ictimaiyyətində tanınan yəhudi əsilli ziyalıları və iş adamlarını qəbul edib.

Komitədən APA-ya verilən məlumata görə, Azərbaycanda multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu diqqətə çatdıran Mübariz Qurbanlı yəhudi icmasının Azərbaycandakı fəaliyyətindən danışıb.

Komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir.

Valiske Assosasiyasının rəhbəri Andre Kosmicki multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünün şahidi olduğunu, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını deyib: “Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi təsadüfi deyil”.

Görüşdə Azərbaycan xalqının multikultural və tolerant dəyərləri, yəhudi icmasına göstərilən diqqət və qayğı ətrafında fikir mübadiləsi aparılıb, həmçinin, Fransada Yəhudi icması ilə əməkdaşlıq məsələsi müzakirə olunub. Dövlət Komitəsinin sədri Valiske Assosasiyasının rəhbəri Andre Kosmickiyə Azərbaycandakı dini abidələrin fotoşəkillərindən ibarət kitab təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR