Almaniyada Yunanıstanın avrozonadan müvəqqəti kənarlaşdırılmasına dair plan razılaşdırılıb

Almaniyada Yunanıstanın avrozonadan müvəqqəti kənarlaşdırılmasına dair plan razılaşdırılıb
# 12 iyul 2015 02:31 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ZDF telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

Bundan əvvəl “FAZ” nəşri Almaniyanın Maliyyə Nazirliyinin Yunanıstanın iyulun 9-da Avroqrupa təqdim etdiyi təkliflərin qənaətbəxş olmadığı barədə rəy verdiyini bildirib. Məlumata görə, sənəddə Afinanı Aİ-də üzvlüyü saxlanılaraq 5 il müddətinə avrozonadan uzaqlaşdırmaq təklif olunur.

“Şoyblenin Yunanıstanın avrozonadan müvəqqəti kənarlaşdırılmasına dair planı kansler Merkel ilə razılaşdırılıb, Qabriel də bu barədə məlumatlandırılıb”, deyə ZDF məlumat verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR