Son 20 ildə dünyada qadın parlamentarların sayı iki dəfə atıb

Son 20 ildə dünyada qadın parlamentarların sayı iki dəfə atıb
# 06 mart 2015 08:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Son 20 ildə dünya parlamentlərində təmsil olunan qadın deputatların sayı 2 dəfə atıb.

APA-nın məlumatına görə, bu barədə Parlamentlərarası Birliyin 8 Mart - Qadınlar Günü ərəfəsində açıqladığı hesabatda deyilir.

Lakin beynəlxalq təşkilat qərarların qəbul olunmasında qadınların rolunun çox zəif olduğunu da bildirib: “Parlamentarların 30 faizi qadın olan ölkələrin sayı son 20 il ərzində 5-dən 42-yə qədər artıb. 40 faiz qadın deputatla təmsil olunan ölkələrin sayı isə 1-dən 13-ə çatıb. Afrika ölkələri bu sahədə Avropa və Amerikanı keçə bilib”.

Parlamentlərarası Birlik qeyd edib ki, bu proses 2014-cü ildə kəskin zəifləyib və qadın deputatların sayı demək olar ki, artmayıb.

Xatırladaq ki, Azərbaycan Milli Məclisində 19 qadın millət vəkili fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR