Paşha Bank
Bank Of Baku

Bakıda 576 ədəd pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb

Bakıda 576 ədəd pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb
# 17 noyabr 2026 11:21 (UTC +04:00)

Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsindən 7 karton qutuda 2 adda ümumilikdə 576 ədəd pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR