Azərbaycanın müdafiə sənayesi naziri Gürcüstanın müdafiə naziri ilə görüşüb

Azərbaycanın müdafiə sənayesi naziri Gürcüstanın müdafiə naziri ilə görüşüb
# 18 mart 2013 14:21 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Bakıda səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR