Ucarın bir neçə yaşayış məntəqəsinə təbii qazın verilişi dayandırılıb

Ucarın bir neçə yaşayış məntəqəsinə təbii qazın verilişi dayandırılıb
# 26 avqust 2015 11:46 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunun bir neçə yaşayış məntəqəsinə təbii qazın verilişində fasilə yaranıb.

APA-nın yerli bürosunun kənd sakinlərinə istinadən verdiyi xəbərə görə, avqustun 13-ü səhər saatlarından etibarən rayonun Qazyan, Qarabörk və Qazıqumlaq kəndlərinə təbii qazın verilişi dayandırılıb. Kənd sakinləri heç bir xəbərdarlıq olunmadan təbii qazın verilişinin dayandırılmasına səbəb kimi bəzi abonentlərin borcunun olduğunu göstəriblər.

Borcu olmayan abonentlər baş verən bu haldan narazı qaldıqlarını bildiriblər. Onlar qaz xəttinin kəsilməsini fərdi qaydada həyata keçirilməsini tələb edirlər.

Ağsu Regional Qaz İstismar sahəsinin Ucar xidmət sahəsindən APA-ya bildirilib ki, təbii qazın verilişi Ağsu Regional Qaz İstismar sahəsi tərəfindən dayandırılıb.

Ucar Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, rayonun 3 yaşayış məntəqəsinə təbii qazın verilişinin dayandırılmasına səbəb əhalinin 70-80 faizinin istifadə etdiyi abonent haqqını ödəməməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR