Haaqa bələdiyyəsi sədrinin müavini Azərbaycan məktəbində olub

Haaqa bələdiyyəsi sədrinin müavini Azərbaycan məktəbində olub
# 30 sentyabr 2014 10:15 (UTC +04:00)

Bakı-APA. “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin dəvəti ilə Haaqa şəhərinin bələdiyyə sədrinin sosial məsələlər üzrə müavini Boudevijn Revis “Haaqa-Azərbaycan məktəbi”ni ziyarət edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat Xidmətindən APA - ya verilən məlumata görə, ziyarət “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın dəvəti ilə baş tutub.

“Haaqa-Azərbaycan məktəbi”nə baş çəkərək buradakı əyani dərs vəsaitləri və proqramı ilə yaxından tanış olan B.Revis bu təşəbbüsü müsbət qiymətləndirib. Məktəbdə 20-dək azərbaycanlı uşağın təhsil alması, ana dilini öyrənməsi, Azərbaycan haqqında bəzi fənlərin tədris olunması barədə bələdiyyə sədrinin müavininə məlumat verilib.

Görüşdə həmçinin B. Revisə Azərbaycan torpaqlarının işğal olunması və Qarabağ problemi haqqında geniş məlumat verilib. Qərara alınıb ki, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi bundan sonra da şəhər bələdiyyəsinin bütün tədbirlərinə qatılacaq və yeni layihələr hazırlayıb bələdiyyəyə təqdim edəcək.

Sonda təşkilatın rəhbəri M. Ağamirzəyeva üzərində “Azərbaycan” yazılan suvenir xalçanı B. Revisə xatirə hədiyyəsi kimi təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR