Lətif Hüseynovun rəhbərlik etdiyi İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsi Yunanıstanda monitorinq keçirib

Lətif Hüseynovun rəhbərlik etdiyi İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsi Yunanıstanda monitorinq keçirib
# 17 aprel 2013 07:55 (UTC +04:00)

Lətif Hüseynovun APA-ya verdiyi məlumata görə, səfər zamanı nümayəndə heyəti ölkənin müxtəlif bölgələrində yerləşən polis bölmələrinə, sərhəd xidməti müəssisələrinə, əcnəbilər üçün saxlama mərkəzlərinə və həbsxanalara baş çəkib, orada saxlanılan şəxslərlə necə rəftar olunduğunu və onların saxlanma şəraitini qiymətləndirmək məqsədi ilə monitorinq həyata keçirib.

Səfərin yekunları Yunanıstanın ədliyyə naziri Antonios Roupakiotis və digər rəsmi şəxsləri ilə keçirilən görüşdə ətraflı müzakirə olunub.

Lətif Hüseynov APA-ya bildirib ki, monitorinqin nəticələri barədə geniş məruzə hazırlanacaq və Yunanıstan hökumətinə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR