İlin əvvəlindən vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcunu 5% azalıb

İlin əvvəlindən vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcunu 5% azalıb
# 21 oktyabr 2014 10:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində həyata keçirilmiş qanunamüvafiq tədbirlər nəticəsində bu ilin oktyabrın 1-nə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği bu ilin yanvarın 1-i ilə müqayisədə 5,4%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,3% azalıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 9 ayı ərzində ümumilikdə 180 689 vergi ödəyicisinin borclarının tamamilə ləğv edilib, oktyabrın 1-nə borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 5,6% təşkil edib.

Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 60 min 2 sayda əmlakın siyahıya alınması barədə qərar açılıb, bu qərarların 72,4%-i borclar ləğv edildiyi üçün bağlanılıb, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 1 mln. 400,5 min manat borc məbləğini əhatə edən 587 məhkəmə qətnaməsi qəbul olunub. Ümumilikdə əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 45,2 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 11 237 vergi ödəyicisinin 11,7 mln. manatdan çox borcunun dövlət büdcəsinə alınması təmin edilib, 12 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınıb, 468 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə qanunamüvafiq tədbirlər görülərək, 1 009 fiziki şəxs üzrə 637,7 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.

51 194 borclu vergi ödəyicisinin borclarının onların milli və ya xarici valyutada cari və digər hesablarından tutulması məqsədilə banklara və ya digər kredit təşkilatlarına 653 347 icra (ödəniş) sənədi olan sərəncam verilib. Vergi orqanları tərəfindən 706 borclu fiziki şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması, habelə kiçik həcmdə borcları olan 2 940 vergi ödəyicisinin borclarının tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə aidiyyəti üzrə icra məmurlarına müraciətlər edilib.

Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 606 vergi ödəyicisi üzrə 26,9 mln. manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR