SOCAR ötən ay dünya bazarında xam neftin qiymətlərini açıqlayıb

SOCAR ötən ay dünya bazarında xam neftin qiymətlərini açıqlayıb
# 01 sentyabr 2015 14:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin avqust ayındadünya bazarında satdığı xam neftin qiymətlərini açıqlayıb.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 46,65 dollara satılıb. Bu, 2014-cü ilin avqust ayı ilə müqayisədə 2,17 dəfə azalıb.

Urals nefti 2,21 dəfə azalaraq 46,14 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 2,14 dəfə azalaraq 48,17 dollara satılıb.

Qeyd edək ki, 2014-cü ilin avqust ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 101,61 dollara, Urals nefti - 102,08 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 103,08 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR