Azərbaycanın birinci xanımı  G 20 çərçivəsindəki “Biznes-20”/“Qadınlar-20” sessiyasında iştirak edib

Azərbaycanın birinci xanımı  G 20 çərçivəsindəki “Biznes-20”/“Qadınlar-20” sessiyasında iştirak edib
# 15 noyabr 2015 17:02 (UTC +04:00)

Bakı-APA. Bu gün “Böyük İyirmiliyin” Antalyada keçirilən sammiti çərçivəsində “Biznes-20”/“Qadınlar-20” (“Business-20”/“Women-20”) birgə sessiyası təşkil olunub.

APA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sessiyada iştirak ediblər.

Tədbirdə əvvəlcə qaçqın qadınların problemlərinə həsr edilən videoçarx nümayiş olunub.

Sessiyada çıxış edənlər bu problemin artıq qlobal xarakter aldığını bildiriblər.

Qeyd edildi ki, həlli vacib olan belə problemlərin aradan qaldırılması ilə yanaşı, onların qarşısını almaq da zəruridir.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan bildirib ki, sammit çərçivəsində təşkil olunan bu tədbir qadınların, xüsusilə qaçqın qadınların problemlərinin həllinə yeni bir baxış gətirəcək. Ə. Ərdoğan terrorçuluğa qarşı mübarizə, Suriyadakı vəziyyət, bu ölkədən olan qaçqınların məsələlərinə də toxunub.

Türkiyə prezidentinin xanımı Antalya Sammitini suriyalı və iraqlı qaçqınların problemlərinin həllinə kömək baxımından böyük fürsət kimi dəyərləndirib.

Sessiyada digər çıxış edənlər milliyyəti və sərhədi olmayan terrorun yaratdığı təhlükələrin aradan qaldırılmasında dünya xalqlarının birgə fəaliyyətlərinin zəruriliyindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR