"Transparency İnternational": Ermənistan Müdafiə Nazirliyi korrupsiyalaşıb

"Transparency İnternational": Ermənistan Müdafiə Nazirliyi korrupsiyalaşıb
# 28 iyun 2016 12:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan korrupsiya risklərinin çox yüksək olduğu 17 ölkə arasında göstərilib.

APA-nın “epress.am” saytına istinadən verdiyi məlumata görə, bunu “Transparency İnternational” Korrupsiya Əleyhinə Mərkəzinin direktor müavini Sona Ayvazyan deyib. O, Ermənistan Müdafiə Nazirliyi sistemindəki korrupsiya halına xüsusi toxunub.

S. Ayvazyan bildirib ki, müdafiə sahəsində korrupsiya ölkə iqtisadiyyatına mənfi təsir edir və belə hallar aprel hadisələri zamanı da məlum olduğu kimi, minlərlə insanın həyatına son qoya bilər: “Araşdırma zamanı belə bir nəticəyə gəldik ki, müdafiə, milli təhlükəsizlik və daxili işlərlə bağlı parlament komissiyaları çox güclü deyil. Biz büdcə və hesabatların nə dərəcədə yaxşı idarə olunduğunu bilmirik. Faktiki olaraq, Müdafiə Nazirliyi lazımi nəzarət olmadan istədiyi büdcəni əldə edə bilir, öz vasitələrindən istədiyi kimi istifadə edir. Daxili auditlə bağlı heç bir məlumat yoxdur”.

S. Ayvazyan ordunun seçkilərdə iştirakı məsələsinə də toxunub: “Əsgərlər lazımi informasiyalar əldə edə bilmirlər, onların arasında təbliğat aparmaq mümkün deyil. Öz seçimlərini ya komandirlərin təlimatı ilə, ya da bilmədən edirlər. Onlar hər şeyi heç də obyektiv göstərməyən İctimai Televiziyaya baxılar və onlarda seçki ilə bağlı obyektiv fikir yaranmır. Belə bir vəziyyətdə onları qrup halında səsverməyə aparır, səslərini idarə edir və psixoloji təzyiq göstərirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR