Nazir müavini: Mərkəzləşdirilmiş istilik təchizatı yaradılacaq

Nazir müavini: Mərkəzləşdirilmiş istilik təchizatı yaradılacaq
# 04 iyun 2025 12:12 (UTC +04:00)

Bir neçə ildən sonra daha təhlükəsiz mühit yaranacaq.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən təşkil edilən “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmədə energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Nazir müavini deyib ki, çoxmənzilli binalarda mərkəzi istilik və mərkəzi su sistemi varsa, artıq mətbəxə qədər qazın çəkilməsi mənasızdır: “Mətbəxdə daha yaxşı, effektiv texnologiyalarla, sırf elektriklə isinən sobalardan istifadə edilə bilər. Bu o deməkdir ki, binanın daxili qaz şəbəkəsinə ehtiyac olmaya bilər. Ancaq demək istəyirəm ki, qanunda belə qəribə və xoş məqamlar ola bilər. Bu binada həm ümumi infrasruktur xərclərini azalda bilər, həm də təhlükəsizdir”.

Qeyd edək ki, yeni qanun mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin yaradılmasını nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR