İntiqam Əliyevin şikayəti təmin edilməyib

 İntiqam Əliyevin şikayəti təmin edilməyib
# 21 iyul 2015 11:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ. Əliyev apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR