Milli Məclisdə Avstriya parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə Avstriya parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
# 06 mart 2013 09:59 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisdə Avstriya parlamentinin sədfr müavini Fridz Noqebaunun başçılıq etdiyi nümayəndə heyəti ilə Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdə dostluq qrupunun Azərbaycan tərəfdən olan rəhbəri Cavid Qurbanov bildirib ki, iki ölkə arasında sıx diplomatik əlaqələr var, iqtisadi əlaqələr inkişaf edir, dəmir yol vaqonları alınır, birgə dağ-xizək qurğuları quraşdırılır.

Qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən C. Qurbanov deyib ki, 20 ildən çoxdur Ermənistan tərəfindən davam edən işğal faktoru bölgə üçün ciddi təhlükə yaşadır: “Hazırda Azərbaycanda 40 minə yaxın erməni yaşadığı halda, Ermənistanda bir dənə də azərbaycanlı yaşamır”.

F. Noqebaun isə iki ölkə arasında 20 ildir davam edən çoxsahəli əlaqələrə toxunaraq bildirib ki, bu əlaqələr qarşılıqlı səfərlər çərçivəsində güclənir. O qeyd edib ki, may ayında Azərbaycan Prezidenti İlham Əliyev Avstriyaya səfər edəcək və bu da ikitərəfli əlaqələrə mühüm töhfələr verəcək. Qonaq Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunaraq bəyan edib ki, bütün məsələlər sülh və danışıqlar yolu ilə həll olunmalıdır: “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə də vurğuladıq ki, münaqişənin ATƏT Minsk Qrupu çərçivəsində həll olunmasının tərəfdarıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR