Azərbaycanda həbs edilmiş şəxslərin yemək və maddi-məişət normaları təsdiq edilib

Azərbaycanda həbs edilmiş şəxslərin yemək və maddi-məişət normaları təsdiq edilib
# 21 fevral 2013 12:54 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti (NK) tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarını təsdiq edib. APA-nın NK-nın saytına istinadən məlumatına görə, normalar "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun tətbiqi barədə ölkə prezidentinin fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub.

Normalarda "İstintaq təcridxanalarında saxlanılan yetkinlik yaşına çatmayan həbs edilmiş şəxslərin gündəlik ərzaq normaları", "İstintaq təcridxanalarında saxlanılan hamilə və ya yanında 3 yaşınadək uşağı olan həbs edilmiş qadınların gündəlik ərzaq normaları", "Həbs edilmiş şəxslərin yol gedən vaxtlarında gündəlik ərzaq normaları", "İstintaq təcridxanalarında saxlanılan həbs edilmiş şəxslərin gündəlik ərzaq normaları", "İstintaq təcridxanalarında saxlanılan həbs edilmiş şəxslərin geyim əşyaları ilə təminatı normaları", "İstintaq təcridxanalarında saxlanılan həbs edilmiş şəxslərin gigiyenik vasitələrlə təminat normaları", "Müvəqqəti saxlama yerlərində saxlanılan yetkinlik yaşına çatmayan tutulmuş şəxslərin gündəlik ərzaq normaları", "Müvəqqəti saxlama yerlərində saxlanılan hamilə və ya yanında 3 yaşınadək uşağı olan tutulmuş qadınların ərzaq normaları", "Müvəqqəti saxlama yerlərində saxlanılan tutulmuş qadınların geyim əşyaları ilə təminatı normaları", "Müvəqqəti saxlama yerlərində saxlanılan tutulmuş kişilərin geyim əşyaları ilə təminatı normaları", "Müvəqqəti saxlama yerlərində saxlanılan hamilə və ya yanında 3 yaşınadək uşağı olan tutulmuş qadınların geyim əşyaları ilə təminatı normaları", "Müalicə müəssisələrində müalicə olunan həbs edilmiş şəxslərin gündəlik ərzaq normaları", "İstintaq təcridxanalarında və müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin yataq və digər məişət ləvazimatları ilə təminatı normaları" əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR