ABŞ prezidenti Donald Trampın iyul ayında Böyük Britaniyaya səfəri gözlənilir.
APA-nın məlumatına görə, bu barədə “Daily Mail” xəbər verib.
D.Tramp iyulun 11-12-də Brüsseldə NATO-nun sammitində iştirak edəcək, daha sonra isə Londona səfər edəcək.
Nəşrə görə, ABŞ prezidenti baş nazir Tereza Mey ilə danışıqlar aparmaq və Böyük Britaniya kraliçası II Yelizaveta ilə görüşmək niyyətindədir.