Rumıniyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb

Rumıniyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb
# 21 noyabr 2014 12:44 (UTC +04:00)

Bakı – APA. Rumıniyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, hadisə Sibiu bölgəsində baş verib.

Yarananların Tırqu-Mureş şəhərindəki xəstəxanaya çatdırıldığı bildirilir.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. İlkin ehtimallara görə, helikopter əlverişsiz hava şəraiti üzündən qəzaya uğrayıb.

Helikopter Rumıniya istehsalı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR