BFB yerli korporativ istiqrazlara sərmayə yatırıb

BFB yerli korporativ istiqrazlara sərmayə yatırıb
# 03 oktyabr 2014 11:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bakı Fond Birjası (BFB) kapital bazarları alətləri vasitəsi ilə daxili maliyyə aktivlərini diversifikasiya etmək qərarına gəlib.

BFB-dan “APA-Economics”ə verilən məlumata görə, BFB ilk dəfə olaraq likvidliyi market meyker tərəfindən təmin edilən, yerli korporativ istiqrazlara sərmayə yatırıb.

Bu məqsədlə, müvafiq peşəkar xidmətlərin alınması üzrə “Paşa Kapital” MMC və “İnvest-AZ” MMC ilə broker müqavilələri bağlanılıb.

Yerli istiqraz bazarında bank depozitlərinə nəzərən effektiv gəlirlilik və müddət daxil olmaqla ümumilikdə daha əlverişli şərtlər artıq formalaşıb. Eyni zamanda, BFB-də ticarət olunun əksər korporativ istiqrazların artıq bazar qiymətinin formalaşması, o cümlədən bazarda market meyker institutlarının mövcudluğu yatırılan vəsaitlərin likvidliyinə təminat verir.

Qeyd edək ki, BFB kapital bazarının yaratdığı bir çox üstün imkanlardan istifadə edərək maliyyə aktivlərinin effektiv yerləşdirilməsi istiqamətində öz investisiya siyasətini davam etdirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR