Minskdə Ukrayna üzrə təmas qrupunun görüşü keçirilib

Minskdə Ukrayna üzrə təmas qrupunun görüşü keçirilib
# 06 may 2015 18:32 (UTC +04:00)

Bakı-APA. Minskdə Ukraynanın şərqində münaqişənin sülh yolu ilə nizamlanması üzrə təmas qrupunun görüşü keçirilib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Ukraynanın sabiq prezidenti Leonid Kuçma, ATƏT-in xüsusi nümayəndəsi Haydi Talyavini, qondarma Luqansk ve Donetsk Xalq respublikalarının nümayəndələri iştirak edib.

UNN agentliyinin məlumatına əsasən, təmas qrupunda Ukraynanı təmsil edən Leonid Kuçma bəyan edib ki, münaqişə bölgəsinə sülhməramlıların yeridilməsi məsələsi gündəmdə yer almayıb. Görüşün əsas məqsədi Minsk razılaşmalarına uyğun olaraq təhlükəsizlik, siyasi, iqtisadi və humanitar məsələlər üzrə alt qrupların işə başlaması olub. Alt qrupların əlaqələndiriciləri qismində ATƏT nümayəndələri çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR