ABŞ-da təyyarə məcburi eniş edib

ABŞ-da təyyarə məcburi eniş edib
# 23 may 2015 04:13 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın “American Airlines” aviaşirkətinə məxsus təyyarəsi Los Anceles hava limanına məcburi eniş edib.

APA-nın TASS agentliyinə istinadən xəbərinə görə, Los Anceles-Boston reysi ilə uçan təyyarənin göyərtəsində 147 sərnişin və 6 ekipaj üzvü olub.

Məlumata əsasən, hava limanından qalxdıqdan sonra təyyarədə texniki nasazlıq yaranıb. İnsident zamanı xəsarət alan olmayıb. Təyyarədə olan sərnişinlər başqa təyyarə ilə Bostona uçmalı olacaqlar.

Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR