Dəliməmmədli-Kürəkçay və Hacıqabul-Pirsaat mənzillərində əsaslı təmir başlanıb

Dəliməmmədli-Kürəkçay və Hacıqabul-Pirsaat mənzillərində əsaslı təmir başlanıb
# 28 iyun 2016 07:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bakı-Böyük Kəsik istiqamətində Dəliməmmədli-Kürəkçay mg Hacıqabul-Pirsaat mənzillərinin hər birində 5 km yolun əsaslı təmirinə start verilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, əsaslı təmir işlərini 11 saylı və 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq hər iki mənzildə köhnə yolun söküntüsü başa çatıb. Əsaslı təmir işləri bir həftə davam edəcək.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVIA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 115 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR