QHT-lər Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı bəyanat yayıb

QHT-lər Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı bəyanat yayıb
# 25 fevral 2013 12:10 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Milli QHT Forumu (MQF) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən 100-dən artıq QHT Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən MQF prezidenti Rauf Zeyni bildirib ki, Xocalı faciəsi dünyada hələlik lazımi qiymət almasa da, Azərbaycanın bu istiqamətdə apardığı mübarizə öz nəticəsini verir: “Biz Xocalı soyqırımının tanınması istiqamətində beynəlxalq təşkilatlarla əlaqələrimizi gücləndiririk. Dünyanın müxtəlif şəhərlərində təşkil edilən aksiyalar, etirazlar və tədbirlərin nəticəsi bu gün görünməkdədir”.

ATXƏM sədri İlham İsmayılov QHT-lərin və Azərbaycan ictimaiyyətinin artıq 20 ildir soyqırım aktının beynəlxalq arenada tanınması üçün mütəmadi olaraq mübarizə apardığını bildirib. O qeyd edib ki, bu gün Avropanın müxtəlif şəhərlərində Xocalı soyqırımının tanınması üçün etiraz aksiyaları keçirilir və gec-tez dünya ictimaiyyəti bu fakta hüquqi qiymət verəcək.

Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin diaspora ilə iş sektorunun müdiri Qafar Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası işinin yalnız möhkəm daxili ictimai-siyasi sabitlikdən keçdiyini vurğulayıb.

Tədbirin sonunda QHT-lər birgə bəyanatla çıxış edərək, soyqırımın tanınması və hüquqi qiymət verilməsi üçün BMT-yə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara müraciət etməyi qərara alıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR