“Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihəsinin müzakirəsi təxirə salınıb

“Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihəsinin müzakirəsi təxirə salınıb
# 20 aprel 2013 10:54 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin yaz sessiyasının gündəliyinə salınmış “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihəsinin müzakirəsi təxirə salınıb. MM-dən APA-ya verilən məlumata görə, layihə yaz sessiyasında Təhlükəsizlik və müdafiə komitəsinin iş planına daxil edilsə də, bu sessiya dövründə müzakirəyə çıxarılması gözlənilmir.

Layihənin təxirə düşmə səbəbi açıqlanmır.

Xatırladaq ki, Təhlükəsizlik və müdafiə komitəsinin işlər planına daxil etdiyi digər sənədin - “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin də bu sessiyada müzakirəyə çıxarılması təxirə salınıb. Layihə Müdafiə Nazirliyinin rəyi olmadan gündəliyə daxil edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR