Azərbaycanda nağdsız ödənişlər üçün ƏDV ləğv oluna bilər

Azərbaycanda nağdsız ödənişlər üçün ƏDV ləğv oluna bilər
# 02 may 2013 15:04 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə məlumat verən vergilər naziri Fazil Məmmədov bildirib ki, stimullaşdırıcı təkliflər çoxsaylı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Nazirin sözlərinə görə, bu tədbirlər arasında nağdsız ödənişlər zamanı ƏDV-nin tam ləğvi məsələsi də var. Ümumilikdə, nazirin sözlərinə görə, təkliflərin 90%-i nağdsız ödənişlərin stimullaşdırılmasına və yalnız 10%-i nağd ödəmələrin məhdudlaşdırılmasına aiddir: «Təkliflər sırasında şəxsi hesabdan nağd vəsait çıxarılması üçün məhdudiyyətlər də var. Hazırda bu təkliflər müzakirə edilir».

F.Məmmədov bildirib ki, vergi növləri üzrə dərəcələrin aşağı salınması nəzərdə tutulmur: «Hesab edirəm ki, vergi dərəcələrinə bir qədər əvvəl edilən dəyişikliklər kifayətdir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR