Suriyada silahlılar iki keşişi oğurlayıblar

Suriyada silahlılar iki keşişi oğurlayıblar
# 23 aprel 2013 01:43 (UTC +04:00)

Bakı-APA. Suriyanın Hələb əyalətində silahlı adamlar 2 keşişi oğurlayıblar. APA-nın Reyter-ə istinadən verdiyi məlumatına görə, bunlar yunan-pravoslav kilsəsinin nümayəndəsi Pavel Yazigi və Suriya kilsəsinin nümayəndəsi Qriqori İbrahimdir.

Məlumata əsasən, terrorçu qruplaşma din xadimlərini humanitar fəaliyyətlə məşğul olduqları kənddən oğurlayıb.

Frans Press agentliyi isə keşişlərin Suriya-Türkiyə sərhədi yaxınlığında oğurlandığını bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR