İranda azərbaycanlılar növbəti dəfə təhqir olunub

 İranda azərbaycanlılar növbəti dəfə təhqir olunub
# 07 fevral 2013 16:48 (UTC +04:00)

APA-nın “Öyrənci Səsi”nə istinadən məlumatına görə, oyun müddətində Yəzd komandasının azarkeşləri urmiyalı oyunçuları dəfələrlə təhqir edib.

Onların ünvanına “eşşək-eşşək”, “anqırtı səsi gəlmir, türkün səsi gəlmir” kimi təhqiramiz ifadələr səsləndiriblər. Stadionda aydın şəkildə eşidilən bu təhqirlər idmançıların əhval-ruhiyyəsinə də mənfi təsir göstərib. Oyun 3:2 Yəzd komandasının xeyrinə başa çatıb. Təhqirlə bağlı tədbir görülməsi və Yəzd komandasının cəzalandırılması üçün Urmiya komandasının azarkeşləri bəyanat hazırlayaraq, İranın Voleybol Federasiyasına müraciət etsələr də, bir nəticəsi olmayıb. Hətta azərbaycanlılardan üzr də istənilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR