Dövlət Xidməti "Baku Steel Company" zavodundakı partlayışla bağlı təhqiqat aparır

Dövlət Xidməti "Baku Steel Company" zavodundakı partlayışla bağlı təhqiqat aparır
# 01 iyul 2016 14:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Baku Steel Company" zavodunda bu gün baş verən partlayışın səbəblərinin öyrənilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiqat işlərinin aparılmasına başlanılıb".

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev "APA-Economics"in sorğusuna cavab olaraq bildirib.

E. Babayevin sözlərinə görə, hadisəni Dövlət Xidmətinin, müəssisənin özünün işçilərinin, həmkarlar təşkilatının birgə təmsil olunduğu komissiya araşdıracaq: "Hazırda hadisənin hansı səbəbdən baş verməsi barədə dəqiq məlumat vermək mümkün deyil. Araşdırmanın nəticəsi barədə ətraflı məlumat veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR