Gəncədə “İnsan hüquqları təmin edilməsi sahəsində həyata keçirilən islahatlar” mövzusunda konfrans keçirilib

Gəncədə “İnsan hüquqları təmin edilməsi sahəsində həyata keçirilən islahatlar” mövzusunda konfrans keçirilib
# 16 mart 2013 11:11 (UTC +04:00)

Bakı-APA. Gəncə şəhərindəki “Ramada” otelində Azərbaycan Hüquqlar Konsorsiumunun təşkilatçılığı ilə “İnsan hüquqları təmin edilməsi sahəsində həyata keçirilən islahatlar” mövzusunda konfrans keçirilib. Azərbaycan Hüquqşünasları Konfederasiyasının Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə açılış nitqi ilə Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Demokratiya və İdarəçilik ofisinin direktoru Ronald Glass, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xəqani Abduləzimov, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) İdarə Heyətinin üzvü, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev çıxış edib.

Qeyd olunub ki, tədbirin məqsədi insan hüquqları məsələləri üzrə hökumət rəsmiləri ilə konstruktiv ictimai dialoqlarda vətəndaş iştirakını gücləndirmək üçün yerli QHT-lərin imkanlarının artırılması və insan hüquqlarının təmin edilməsi sahəsində hüquq islahatlarının inkişafı ilə bağlı diskussiyaların aparılmasıdır.

Daha sonra AHK İdarə Heyətinin üzvü, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev “Azərbaycan Respublikası qanunvericiliyində insan hüquq və azadlıqıarnın qorunmasının təminatı məsələləri” mövzusunda məruzə ilə çıxış edib.

Sonda mövzu ətrafında diskussiyalar olub. Ümumilikdə tədbirdə sosial təminat, vətəndaşların müraciətlərinə baxaılması məsələləri, əlillərin hüquqları, gənclərin təhsil hüquqları ilə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR