Bərdədə 69 yaşlı kişi qardaşının keçmiş kürəkənini gülləyib

Bərdədə 69 yaşlı kişi qardaşının keçmiş kürəkənini gülləyib
# 31 oktyabr 2014 10:55 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bərdədə güllələnmə hadisəsi baş verib. Bərdə Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Muğanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1945-ci il təvəllüdlü Qədir Paşa oğlu Paşayev ehtiyatsızlıqdan qardaşı qızının keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Ramin Umud oğlu İsgəndərovu tüfənglə güllələyib.

R.İsgəndərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Q.Paşayev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR