Şəkidə MSK-nın Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib - VİDEO

Şəkidə MSK-nın Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib - <span style="color: red;">VİDEO
# 19 avqust 2015 16:25 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da təkmilləşdirilməsi ilə əlaqədar genişmiqyaslı maarifləndirmə tədbiri keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 20 dairə seçki komissiyasının (DSK) məsul şəxslərinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov və Avropa İttifaqının eksperti Kristofer Şildz qurumlar arasında qarşılıqlı faydalı əməkdaşlıqdan danışıblar.

Çıxışlarda seçkilərlə əlaqədar MSK-nın Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da təkmilləşdirilməsi ilə bağlı keçirilən treninqlərin mühüm əhəmiyyət daşıdığı və bu kimi tədbirlərin aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsində xüsusi rol oynadığı vurğulanıb.

Sonra beynəlxalq ekspert və MSK üzvü tərəfindən parlament seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunun tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurları ilə bağlı müxtəlif mövzularda təqdimatlar edilib.

Layihə çərçivəsində, həmçinin namizədlərin qeydiyyatı proseduru ilə bağlı videoklip hazırlanması və beləliklə, namizədlər də daxil olmaqla, daha geniş auditoriyanın maarifləndirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR