Azərbaycan kubokunun finalının püşkü atılıb

Azərbaycan kubokunun finalının püşkü atılıb
# 24 aprel 2015 10:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Kuboku uğrunda final görüşünün nominal meydan sahibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, buna klub nümayəndələrinin iştirakı ilə keçirilən püşkdə aydınlıq gəlib.

Qəbələ şəhər stadionunda baş tutacaq final oyununda “Qarabağ” meydan sahibi, “Neftçi” isə qonaq qismində iştirak edəcək. Bu qarşılaşma iyunun 3-də baş tutacaq.

Ölkə kubokunun başlama vaxtı də dəqiqləşib. “Qarabağ” – “Neftçi” matçı saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR