Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 26 mart 2013 12:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonu ərazisindəki Yeni Dairəvi yolda Şirvan şəhər sakini Cəlal Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomaşınla Bakı şəhər sakini Şəlalə Məmmədovanı vurub. Nəticədə xəsarət almış Ş. Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.


Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR