Bakı şəhər Təhsil İdarəsinin Binəqədi-Nəsimi xidmət bölməsinin bir qrup məsul şəxsi barədə cinayət işi başlanıb

Bakı şəhər Təhsil İdarəsinin Binəqədi-Nəsimi xidmət bölməsinin bir qrup məsul şəxsi barədə cinayət işi başlanıb
# 05 iyul 2012 17:05 (UTC +04:00)
Bakı-APA. Respublika Baş Prokurorluğu Bakı şəhər Təhsil İdarəsinin Binəqədi-Nəsimi xidmət bölməsinin bir qrup maddi-məsul şəxslərinin cinayət əməllərinin ifşa edilməsi haqqında məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakinlərinin Bakı şəhər Təhsil İdarəsinin əməkdaşlarının dövlət əmlakını mənimsəmələri barədə müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhər Təhsil İdarəsinin Binəqədi-Nəsimi xidmət bölməsinin bir qrup maddi-məsul şəxsləri qabaqcadan razılaşmaqla, 2010-cu ilin may ayından 2012-ci ilin mart ayınadək olan dövrdə ayrı-ayrı orta məktəblərdə, o cümlədən paytaxtın Binəqədi rayonunun 30, 276, 284, 297, 298, 314, Nəsimi rayonunun 1, 5, 8. 9, 11, 35, 42, 46, 54 saylı və digər orta məktəblərdə işləyən müəllim və texniki işçilərin faktiki əmək haqqı məbləğlərinin şişirdilməsi yolu ilə, habelə həmin təhsil müəssisələrində işləməyən ayrı-ayrı şəxslərin adlarını orta məktəb işçilərinin ümumi siyahısına əlavə etməklə hesablanmış əmək haqlarını onların adlarına alınmış ödəniş kartları vasitəsilə müxtəlif banklara məxsus bankomatlardan ümumilikdə 695.0 min manat çıxarmaqla külli miqdarda dövlət vəsaitini mənimsəyiblər. Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR