Əli Laricani: “ABŞ İran və Livanda terror aktları törətməklə bölgədə yeni macəralara başlayıb”

Əli Laricani: “ABŞ İran və Livanda terror aktları törətməklə bölgədə yeni macəralara başlayıb”
# 22 oktyabr 2012 09:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Ötən cümə günü Sistan və Bəlucistan vilayətinin Çabahar şəhərində baş verən terror aktı bəzi ölkələrin kəşfiyyat orqanlarının əmrləri ilə törədilib”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran parlamentinin sədri Əli Laricani deyib.

Partlayışda ölən vətəndaşların ailələrinə başsağlığı verən Ə.Laricani aidiyyəti orqanlardan cinayəti ciddi təhqiq edilməsini istəyib. O bildirib ki, ABŞ İranda və Livanda terror aktları törətməklə bölgədə yeni macəralara başlayıb.

Qeyd edək ki, İranın Çabahar şəhərində oktyabrın 19-da törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR