BMT-nin sabiq baş katibi Kofi Annan BMT və Ərəb Dövlətləri Liqasının Suriyada xüsusi elçisi təyin olunub

BMT-nin sabiq baş katibi Kofi Annan BMT və Ərəb Dövlətləri Liqasının Suriyada xüsusi elçisi təyin olunub
# 24 fevral 2012 06:54 (UTC +04:00)
APA-nın məlumatına görə, hər iki qurumun birgə məlumatında bildirilir ki, Annan yeni vəzifədə Suriyada böhranın aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcək. Ekspertlər hesab edir ki, Kofi Annanın bu vəzifəyə təyin olunmasında məqsəd münaqişənin nizamlanması üçün diplomatik imkanları əldən verməməkdir. Bu gün Qərb və ərəb ölkələri rəsmi Dəməşqdən atəşin dərhal dayandırılmasını və münaqişədən daha çox zərər çəkmiş bölgələrə humanitar missiyaların daxil olmasına imkan verilməsini tələb edəcəklər.

Qeyd edək ki, artıq bir ildir Suriyada hökumət əleyhinə aksiyalar davam edir. BMT-nin məlumatına görə, toqquşmalarda 5 mindən artıq insan həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR