Azərbaycanın Zaqatala rayonunda baş verən zəlzələləri daha dəqiq analiz etmək üçün əlavə 5 seysmik stansiya quraşdırılıb

Azərbaycanın Zaqatala rayonunda baş verən zəlzələləri daha dəqiq analiz etmək üçün əlavə 5 seysmik stansiya quraşdırılıb
# 10 may 2012 09:34 (UTC +04:00)
Bu barədə APA-ya Mərkəzin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, Mərkəzin əməkdaşları tərəfindən ərazidə geniş makroseysmik tədqiqatlar aparılır: “Yeni stansiyalar zəlzələ ocağındakı proseslərlə bağlı daha dəqiq məlumatlar əldə etməyə imkan verəcək. Stansiyalar proses başa çatana qədər burada qalacaq”.

Q. Yetirmişli bildirib ki, mayın 7-də baş verən zəlzələdən sonra 500-dən çox yeraltı təkan qeydə alınıb: “Dünən axşamdan narahat idim ki, təkanların sayı niyə azalıb. Amma bu səhər yenidən 4 bal gücündə zəlzələ oldu, bu, əslində yaxşılığa doğrudur, enerji boşalmalıdır. Bu proses hələ xeyli müddət davam edəcək. Xırda təkanlar, hətta 4-5 bal gücündə zəlzələlər də ola bilər. Artıq əhali də bunu dərk edir. Zəlzələnin ilk günündə yaşanan şok artıq keçib, əhali bu hadisəyə təbiət hadisəsi kimi yanaşmağa başlayıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR