Qəbiristanlıqda bıçaqlanma olub

Qəbiristanlıqda bıçaqlanma olub
# 20 avqust 2012 11:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda qəbiristanlıqda bıçaqlanma hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 19-da Yasamal rayonu ərazisindəki qəbiristanlıqda, Xaçmaz rayon sakini Vüsal İmanov münaqişə zəminində Şəki rayon sakini Surxay Paşayevə bıçaqla xəsarət yetirib. Çevik Polis Alayı və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. İmanov tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR