Gülər Əhmədovanın əri işdən çıxıb

Gülər Əhmədovanın əri işdən çıxıb
# 11 oktyabr 2012 16:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindəki (AzTV) işindən çıxıb.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova APA-ya bildirib ki, F. Əhmədov bir müddət əvvəl tutduğu vəzifədən çıxması ilə bağlı qurum rəhbərliyinə müraciət edib: “O öz istəyi ilə vəzifəsindən çıxıb. Bunun səbəbi haqqında isə heç nə bilmirəm”. X. Qasımova F. Əhmədovun telekanalın reklam şöbəsinin müdiri vəzifəsində çalışdığını da qeyd edib.

Qeyd edək ki, F. Əhmədov 1995-ci ildən “AzTV”də reklam şöbəsinin müdiri vəzifəsində işləyirdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR