Daha bir qrup kinematoqrafiya işçisi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk edib

Daha bir qrup kinematoqrafiya işçisi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk edib
# 08 avqust 2012 13:14 (UTC +04:00)
Bakı-APA. Daha bir qrup kinematoqraf Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk edib. APA-nın məlumatına görə, təşkilatı tərk etmiş şəxslər Şəfiqə Məmmədovanın sədr seçildiyi yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olmaq üçün müracitə ediblər. Kinematoqrafçılar İttifaqını tərk edənlər xalq rəssamı Rafis İsmayılov, xalq rəssamı Rafiq Nəsirov, əməkdar mədəniyyət işçisi Sərdar Vəliyev, əməkdar mədəniyyət işçisi Şahin Qalabəyov, əməkdar artist Gülşad Baxşıyeva, əməkdar mədəniyyət işçisi Ramiz İsmayılov, kinorejissor Nazim Məmmədov, əməkdar mədəniyyət işçisi Nəriman Şıxəliyev və kinoaktyor Zilli Namazovdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR